/ MAQAZİN / Haluk Bilginer'ə Emmy mükafatı!..

Haluk Bilginer'ə Emmy mükafatı!..

 

 

Türk aktyoru Haluk Bilginer, 47 - ci "Beynəlxalq Emmy Mükafatları" nın təqdimetmə mərasimində, "Ən yaxşı aktyor" mükafatına layiq görüldü.

 

Nyu Yorkda təşkil edilmiş 47 - ci "Beynəlxalq Emmy Mükafatları" nın təqdimetmə mərasimində, 21 ölkədən, 11 kateqoriya üzrə 44 namizəd iştirak edib. Mərasimdə 2 xüsusi mükafat və 11 Emmy mükafatı sahiblərinə təqdim edilib.

 

 

Türk aktyoru Haluk Bilginer "Şəxsiyyət" dizisindəki "Agah Bəyoğlu" obrazı ilə, "Ən yaxşı aktyor" kateqoriyasında, Christopher Eccleston, Raphael Logam və Jannis Niewöhner kimi tanınmış aktyorları arxada qoyaraq, "Ən yaxşı aktyor" mükafatını qazandı.

 

47 - ci "Beynəlxalq Emmy Mükafatları" nın təqdimetmə mərasimində, "Ən yaxşı aktrisa" mükafatına isə, Macar aktrisa Marina Gera layiq görüldü.