/ MAQAZİN / Ən çox gəlir gətirən üç film

Ən çox gəlir gətirən üç film

 

Dünya kino tarixinin ən çox gəlir gətirən üç filmi sizə təqdim edirik.

 

AVATAR (2009)

2,787,965,087$

 

Ceyms Kameronun 2009 - cu ildə ekranlaşdırdığı bu film, elmi - fantastika janrındadır.

 

Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır.

 

Film rekord məbləğdə gəlir əldə edib.

 

 

TITANIC (1997)

2,186,772,302$

 

1997 - ci ildə çəkilən və dünya kino tarixində böyük partlayışa səbəb olan bu filmin rejissoru Ceyms Kamerondur.

 

1912 - ci ildə baş verən real həyat hadisəsindən bəhs edən film, romantik faciə janrındadır. Gəminin getməsinə cəmi beş dəqiqə qalmış qumarda bilet udan qəhrəman sevinə - sevinə qaçdığı "Titanik"in ona ölüm gətirəcəyindən xəbərsizdir.

 

Leanardo de Kaprionu dünya kinosuna qazandıran film böyük məbləğdə gəlir əldə edib.

 

 

3. ULDUZ MÜHARİBƏLƏRİ: Qüvvət oyandı (2015)

2,068,223,624$

 

J.J. Abramsın 2015 - ci ildə  ekranlaşdırdığı bu film döyüş, məcara və fantastika janrındadır.

 

İlk versiyası 1977 - ci ildə çəkilən fantastik ekran əsəri 7 filmdən ibarətdir. Bu film ayrıca daha sonra eyni adla nəşr olunmağa başlamış televiziya serialına da, bir başlanğıc təşkil etməkdədir. Ayrıca film seriyalar silsiləsində nəşr olunmuş ilk animasiya filmdir.

 

Bu film də böyük məbləğdə gəlir əldə edib.