/ MAQAZİN / Ən baxımlı üç Türk dizisi

Ən baxımlı üç Türk dizisi

 

Diriliş Ertuğrul

 

"Tekden Film"in istehsalı olan, tarixi və aksiyon janrındakı bu dizinin layihə rəhbəri Mehmet Bozdağdır. Ssenari müəllifləri Mehmet Bozdağ, Atilla Engin, rejissoru Metin Günay olan bu dizi 10 dekabr, 2014 - cü il tarixindən Türkiyənin TRT 1 televiziyası vasitəsi ilə yayımlanır.

 

Baş rol ifaçıları Engin Altan Düzyatan, Esra Bilgiç, Hülya Darcan, Cengiz Coşkun, Nurettin Sönmez, Ayberk Pekcan, Gülsim Ali İlhan, Osman Soykut olan bu dizi 2015 - ci ilin ən yaxşı dizisi adına layiq görülmüşdür. Eyni zamanda, "43 - cü Pantene Altın Kelebek Festivalı"nda 2016 - cı ilin ən yaxşı dizisi adını qazanmışdır.

 

Dizi Azərbaycan daxil olmaqla dünyanın 26 ölkəsinin televiziyalarında nümayiş olunur.

 

 

Eşkıya Dünyaya Hükümdar Olmaz

 

Yapımçılığı Raci Şaşmaza aid olan, aksiyon və mafiya janrındakı bu dizinin ssenari müəllifləri Raci Şaşmaz, Bahadır Özdener, rejissoru isə Onur Tandır. Dizi 9 avqust, 2015 - ci il tarixindən Türkiyənin ATV televiziyası vasitəsi ilə yayımlanır.

 

Baş rol ifaçıları Oktay Kaynarca, Deniz Çakır, Sanem Çelik, Ozan Akbaba, Tarık Ünlüoğlu, Kenan Çoban olan bu dizi, 2017 - ci ildə "4 - cü Mersin Altın Palmiye Festivalı"nda ilin ən yaxşı dizisi adına layiq görülmüşdür. Eyni zamanda, "Moon Life Dergisi"nln 2017 - ci ilin ən yaxşı dizisi adını qazanmışdır.

 

 

Çukur

 

"Ay Yapım"ın istehsalı olan, aksiyon və dram janrındakı bu dizinin yapımçıları Kerem Çatay və Pelin Diştaş Yaşaroğludur. Ssenari müəllifi Gökhan Horzum, rejissorları isə Sinan Öztürk və Özgür Sevimli olan bu dizi 23 oktyabr, 2017 - ci il tarixindən Türkiyənin Show TV televiziyası vasitəsi ilə yayımlanır.

 

Baş rol ifaçıları Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Ercan Kesal, Perihan Savaş, Erkan Kolçak Köstendil, Öner Erkan, Rıza Kocaoğlu, Çetin Sarıkartal, Kadir Çermik, Cem Uslu, Uğur Yıldıran, Aytaş Uşun, Nebil Sayın, Kubilay Aka, Boncuk Yılmazdı.