/ MAQAZİN / Hollivudun ən zəngin film yapımçıları

Hollivudun ən zəngin film yapımçıları

 

Yapımçıların yalnız filmin maliyyə problemini həll etdikləri səhv düşüncədir. Çox izləyicilər, filmlərdə yapımçıların işinin, rejissor və ssenaristlərin işindən daha sadə olduğunu bilirlər. Əslində isə, bir filmin həyata keçməsi üçün ən önəmli insan yapımçıdır.

Şübhə yoxdur ki, film sektorunun ən öndə gələn şəxsləri Hollivuddadır. Sizi, Hollivudun ən zəngin 5 film yapımçısı ilə tanış edəcəyik.

 

George Lucas

4.3 Milyard $

 

George Lucas, film tarixinin ən bacarıqlı maliyyə dəstəkçisidir.

 

Lucas, son dərəcə müvəffəqiyyətli "Indiana Jones" ardıcıllığına, məhşur "Star Wars" üçlüyünüdə əlavə edərək, bu sahədə peşəkar olduğunu göstərmiş oldu.

 

George Lucas, elmi - fantastik janrında inqilab etmiş bir yapımçıdır.

 

 

Steven Spielberg

3.5 Milyard $

 

Steven Spielberg, yeni Hollivud dövrünün görkəmli şəxslərindən biridir.

 

Eyni zaman da, Steven Spielberg tarixin məhşur və ruhlandırıcı rejissorlarından sayılır. Onun yapımçısı olduğu 150 və rejissoru olduğu 53 layihəsi, ona ümumilikdə 3.5 Milyard $ sərvət qazandırmışdır.

 

Filmlərindən "Saw" üçlüyü və "Jurassic Park" ən yüksək gəlir əldə etmişdir.

 

 

Jerry Bruckheimer

850 Milyon $

 

Jerry Bruckheimer, kino sənətində ən təsirli yapımçıdı. Ağıllı qərarları onu, Hollivudun bacarıqlı və peşəkar yapımçılarından biri etmişdir.

 

Bruckheimer, 1972 - ci ildən bu yana müxtəlif layihələrə imza atmışdır.

 

"Pirates of the Caribbean" filmləri, onun ən tanınmış və müvəffəqiyyətli filmləri hesab olunur.

 

 

James Cameron

700 Milyon $

 

James Cameron, film tarixinin ən yüksək gəlirini əldə edən "Avatar" və "Titanik" filmlərinin yapımçısıdır. "Avatar" filmi 2,787,965,087$, "Titanik" filmi isə 2,186,772,302$ gəlir əldə etmişdir.

 

Bu filmlər dünyada hər kəs tərəfindən böyük maraqla izlənmişdir.

 

 

Peter Jackson

450 Milyon $

 

Peter Jackson bu siyahıda daha az layihəyə imza atan bir yapımçıdır. Buna baxmayaraq dövrümüzün ən peşəkar rejissor və yapımçılarından biridir.

 

Peter Jackson, "The Lord of the Rings" və "Hobbit" filmlər üçlüyünün rejissoru və yapımçısıdır. "The Lord of the Rings: The Return of the King" filmi, "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor" və "Ən Yaxşı Ssenari" nominasiyalarında "Oskar" qazanmışdır.

 

Peter Jackson imzalı bir filmin yüksək gəlir əldə edəcəyindən əmin ola bilərsiniz.