/ MAQAZİN / Aktyor Ramiz Novruz aramızdan ayrıldı

Aktyor Ramiz Novruz aramızdan ayrıldı

 

Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Beynəlxalq teatr festivallarının mükafatçısı olub.

Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan" filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 

Filmoqrafiya:

 

Qorxma, mən səninləyəm (film, 1981)

Nizami (film, 1982)

Topal Teymur (film, 1983)

Sizi dünyalar qədər sevirdim (film, 1985)

Alman klinikasına şəxsi səfər (film, 1988)

Dəfn edilməmiş ölülər (film, 1988)

Yad qızı (film, 1990)

At ilinin birinci ayı (film, 1993)

Bakı, məhəbbətim mənim... (film, 1993)

Yurd yeri (film, 1994)

Ümid (film, 1995)

Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)

Taleyin qisməti (film, 1996-1997)

Fatehlərin divanı (film, 1997)

Yurd yeri-2 (film, 1997)

Sarı gəlin (film, 1998)

Salur Qazanın evi talandığı boy (film, 2001)

Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)

Bəyaz həyat (film, 2003)

Cavid ömrü (film, 2007)

Yeddi oğuldan biri (film, 2007)

Qrinviç meridianından... kənarda (film, 2007)

Məhkumlar (film, 2007)

Sonuncu dərviş (film, 2009)

Cavad xan (film, 2009)

Məriz (film, 2015)

Şər qarışanda (film, 2016)

 

Televiziya filmləri:

 

Pərvanələrin rəqsi (serial, 2012)

Sonuncu fəsil (serial, 2013)

Qız atası (serial, 2014)

Vicdan haqqı (serial, 2016)