/ MAQAZİN / Aktyor Əjdər Həmidov aramızdan ayrıldı

Aktyor Əjdər Həmidov aramızdan ayrıldı

 

Tanınmış teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artist Əjdər Həmidov bu gün vəfat edib. Əjdər Həmidov insultdan əziyyət çəkirdi  və bu səbəbdən, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Əjdər Həmidov 28 sentyabr 1953 - cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olmuşdur. 1979 - cu ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır.

 

Filmoqrafiya:

 

Kişi sözü (film, 1987)

Gənc qadının kişisi (film, 1988)

Lətifə (film, 1989)

Sahilsiz gecə (film, 1989)

Girişmə, öldürər! (film, 1990)

Dünən, bu gün, sabah (film, 1992)

Mənim ağ şəhərim (film, 1994)

Canavar balası (film, 1997)

Hər şey yaxşılığa doğru (film, 1997)

Yerlə göy arasında (film, 1999)

Şirin bülbül (film, 2000)

Hacı Qara (film, 2002)

Məhəllə (film, 2003)

Tənha durna uçuşu (film, 2003)

Milli bomba (film, 2004)

Təlatüm (film, 2006)

Yoxlama (film, 2006)

Azarkeş (film, 2008)

 

Televiziya filmləri:

 

Aramızda qalsın (serial, 2011 - 2013)

 

Əjdər Həmidov 2002 - ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2018 - ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.