/ MAQAZİN / "Yesilçam"ın Azərbaycanlı aktyoru

"Yesilçam"ın Azərbaycanlı aktyoru

 

İstanbul, "Beşiktaş"da anadan olan Azərbaycanlı aktyor Səid Seyid, "Yesilçam"ın peşəkar aktyorlarındandır.

 

1983 - cü ildə istehsal olunmuş, rejissor və ssenari müəllifi Rehmi Kafadara aid olan "Esir", 1984 - cü ildə istehsal olunmuş, rejissor Temel Gürsu, ssenari müəllifi Arda Uskana aid olan "Yaşadıkça", 1985 - ci ildə istehsal olunmuş, rejissor Remzi Jöntürk, ssenari müəllifi Zeki Alana aid olan "Altar", rejissor və ssenari müəllifi Remzi Jöntürkə aid olan "Soykırım" filmlərində rol almışdır.

 

Eyni zamanda Səid Seyid, 1985 - ci ildə rol aldığı "Altar" filminin yapımçısıdır.

 

Türkiyiyə və Livanın birgə istehsalı olan və 1974 - cü ildə çəkilmiş "Anter Kara Ali" filminin ssenari müəllifidir.

 

1985 - ci ildən sonra filmdə rol almayan aktyor, hazırda İstanbulda tekstil sənayesində çalışır.