/ MAQAZİN / Qızıl Qlobus - 2018 in qalibləri

Qızıl Qlobus - 2018 in qalibləri

 

ABŞ - ın Los - Anceles şəhərində Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində xidmətlərə görə təqdim etdiyi və əhəmiyyətinə görə yalnız "Oskar"dan geri qalan "Qızıl qlobus" mükafatının 75 - ci təqdimetmə mərasimi keçirilib.

 

 

Ümumilikdə mükafat 25 kateqoriya üzrə filmlər təqdim edilib. Mükafatı "Ən yaxşı dramatik film" üzrə "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb. İngilis kinorejissor və ssenarist Matin Makdonax filmə yazdığı ssenari ilə "Qızıl qlobus" mükafatçısı olub. "Ən yaxşı komediya və ya müzikl" nominasiyasında qalib adına Qret Qerviqin "Xanım Berd" ekran əsəri layiq görülüb.

 

 

Britaniyalı aktyor Qari Oldman "Qaranlıq zamanlar" filmində aldığı rola görə "Ən yaxşı dramatik film aktyoru" mükafatının laureatı olub. Qadınlar arasında həmin nominasiya üzrə qalib adını "Ebbinq, Missura sərhədində üç bilbord" filmindəki roluna görə Frensis Makdormand alıb. Qilermo del Toro "Suyun şəkli" filminə görə "Ən yaxşı rejissor" nominasiyasında birinci olub. "Ən yaxşı dramatik serial" nominasiyası üzrə qalib isə "Xadimənin hekayəsi" olub. "Ən böyük balaca yalan" filmi "Ən yaxşı mini - serial" kimi "Qızıl qlobus" qazanıb.

 

Qeyd edək ki, "Qızıl qlobus" 1944 - cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.