/ HAQQIMIZDA / Film Casting Az Portalı

Film Casting Az Portalı

 

Film Casting Az Portalının, eləcə də, bu şirkətdə çalışan onlarla əməkdaşın məqsədi Azərbaycan incəsənətinə, kino, teatr, musiqi, media sahələrində ki bütün sferaları işıqlandıraraq, bura da fəaliyyət göstərən sənətkarlarla dünya arasında etibarlı körpü olmaqdır.

 

İncəsənət nümayəndələrinin - aktyorların, rejissorların, ssenaristlərin, ifaçıların, ümumilikdə kinomatoqrafiyanın bütün sahələrində çalışan sənətkarların, rəssamların, bəstəkarların yaradıcı potensialını öz ölkəmizlə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, İran və s. dövlətlərdə təbliğ edərək, onların konkret işlərini portalda yerləşdirmək və təblig etməklə onlarla müştərək layihələr qurmaqdır.

 

 

Bizimlə çalışan onlarla film və casting şirkətləri, Azərbaycan mədəniyyəti və incəsənətinin zəngin dəyərləri haqqında məlumatlıdırlar. Lakin Film Casting Az Portalı bu işi dünyanın ən tanınan sosial şəbəkələrinin, ölkəmizdən xaricdə çalışan film və media şirkətlərinin köməyi ilə dəfələrlə çox aktivləşdirərək sənətkarlarımızın portalda yerləşdirilən və vaxtaşırı yeni - yeni işlərini nümayiş etdirib, onların fəaliyyəti haqqında maraqlı verilişlər, video reportajlar, filmlərin, serialların və s. tədbirlərin çəkilişi zamanı, kadrarxası məqamları əks etdirərək həm Respblika daxili, həm də, digər ölkələrdə daima diqqət mərkəzində saxlamaqla durmadan fəaliyyətini davam etdirəcək.

 

 

Qurumumuzun əsas fəaliyyələrindən biri də, kinonun bütün sahələri üzrə, o cümlədən rejissorluq, aktyorluq, ssenaristlik, operatorluq, nitq mədəniyyəti və s. sahələri üzrə xüsusi ustad dərslərini keçirərək yeni istedadları üzə çıxarmaqdır.

 

Azərbaycanda kifayət qədər güclü potensialı olan yaşlı və gənc nəslin nümayəndələri var. Onları dünya sənət arenası tanımalıdır. Film Casting Az Portalı olaraq başlıca məqsədimiz də, elə budur.