/ MAQAZİN / Venesiya kinofestivalı qrafikə uyğun baş tutacaq

Venesiya kinofestivalı qrafikə uyğun baş tutacaq

 

Venesiya kinofestivalı 1932 - ci ildən keçirilir. Bu festivalın da, Kann kinofestivalı kimi COVİD - 19 səbəbindən təxirə salınacağı düşünülürdü.

 

Venesiya vilayətinin Terevizo əyalət qubernatoru Luka Dzayya bildirib ki, tədbir qrafikə uyğun baş tutacaq.

 

Yerli mətbuatın bildirdiyinə görə, pandemiya ilə əlaqədar bir çox layihələr təxirə salındığı üçün bu il Venesiyada əvvəlki illərdən fərqli olaraq az film nümayiş ediləcək. Venesiya Festivalında kino baxışı planlaşdırıldığı kimi, sentyabrın 2 - dən 12 - dək keçiriləcək. Festivalın proqramı iyul ayında açıqlanacaq.

 

77 - ci Venesiya kinofestivalı koronavirus pandemiyasından sonra keçirilən ilk genişmiqyaslı kino hadisəsi olacaq.