/ MAQAZİN / Beynəlxalq Film Festivalları

Beynəlxalq Film Festivalları

 

Müasir dünyamızda getdikcə film festivallarının sayı artmaqdadır. Demək olar, yüzlərlə, minlərlə film festivalları mövcuddur. Ancaq bunların hansı statusa malik olması, hansı ənənələrlə fəaliyyət göstərməsi festivaldan-festivala dəyişməkdədir. Dünyada ən nüfuzlu və prestijli film festivalları Belçikada yerləşən Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası tərəfindən (FIAPF) akkreditasiya olunub. Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası 1933 - cü ildə yaranıb, hazırda 30 ölkədən 36 film assosiasiya və film gildiyalarını özündə birləşdirir. Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası kino sahəsindəki problemlər və imkanlar, qanunvericilik tələbləri və iş prosesləri: müəllif hüquqları qanunvericiliyinin modernləşdirilməsi, piratçılığa qarşı mübarizə, rəqəmsal texnologiyanın tətbiqi, standartlaşdırma, media ilə işləmə və s. kimi məsələlərdə və xüsusilə “A” kateqoriyalı film festivallarına akkreditasiya verilməsində əsas qurumdur.

 

Rəqabət statusu verilmiş film festivalları:

 

Berlin Beynəlxalq Film Festivalı (Almaniya)

Qahirə Beynəlxalq Film Festivalı (Misir)

Kann Film Festivalı (Fransa)

Hindistan Beynəlxalq Film Festivalı (Hindistan)

Karlovı Varı Beynəlxalq Film Festivalı (Çex Respublikası)

Lokarno Beynəlxalq Film Festivalı (İsveçrə)

Mar del Plata Film Festivalı (Argentina)

Montreal Dünya Film Festivalı (Kanada)

Moskva Beynəlxalq Film Festivalı (Rusiya)

San Sebastian Beynəlxalq Film Festivalı (İspaniya)

Şanxay Beynəlxalq Film Festivalı (Çin)

Tallin Qara gecələr Film Festivalı (Estoniya)

Tokio Beynəlxalq Film Festivalı (Yaponiya)

Venesiya Film Festivalı (İtaliya)

Varşava Beynəlxalq Film Festivalı (Polşa)

 

İxtisaslaşmış rəqabətli film festivalları:

 

Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı (Türkiyə)

Avrasiya Beynəlxalq Film Festivalı (Qazaxıstan)

Brüsel Beynəlxalq Fantastik Film Festivalı (Belçika)

Busan Beynəlxalq Film Festivalı (Cənubi Koreya)

Cartagena Film Festivalı (Kolumbiya)

Courmayeur Noir Film Festivalı (kriminal filmlər, İtaliya)

Gijon Beynəlxalq Film Festivalı (İspaniya)

İstanbul Beynəlxalq Film Festivalı (Türkiyə)

Jeonju Beynəlxalq Film Festivalı (Cənubi Koreya)

Kerela Beynəlxalq Film Festivalı (Hindistan)

Kitzbühel Film Festivalı (Avstriya)

Kolkata Beynəlxalq Film Festivalı (qadın rejissorlar festival, Hindistan)

Molodist Kiyev Beynəlxalq Film Festivalı (debüt filmlər, Ukrayna)

Minsk Beynəlxalq Film Festivalı (Belorus)

Mumbai Film Festivalı (Hindistan)

Namur Beynəlxalq Film Frankofonu (Belçika)

Sarayevo Film Festivalı (Bosniya - Hersoqovina)

Sitges Film Festivalı (qorxu filmləri, İspaniya)

Sofia Beynəlxalq Film Festivalı (Bolqarıstan)

Stokholm Beynəlxalq Film Festivalı (İsveç)

Sidney Film Festivalı (avandqard filmlər, Avstraliya)

Torino Film Festivalı (İtaliya)

Transilvania Beynəlxalq Film Festivalı (Ruminiya)

Sine Jove Valensiya Beynəlxalq Film Festivalı (İspaniya)

 

 

Qeyri - rəqabətli film festivalları:

 

Toronto Beynəlxalq Film Festivalı (Kanada)

Vienna Beynəlxalq Film Festivalı (Avstriya)

Roma Film Festivalı (İtaliya)

 

Rəqabətli sənədli və qısametrajlı film festivalları:

 

Bilbao Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalı (İspaniya)

Krakov Film Festivalı (Polşa)

Oberhausen Beynəlxalq Qısa Film Festivalı (Almaniya)

Man Beynəlxalq Film Festivalına mesaj (Sankt - Peterburq)

Tampere Film festivalı (Finlandiya)

IDFA (International Documentary Film festivalı (Hollandiya)

 

 

Bir neçə film festivalları da vardır ki, onlar əvvəllər Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyasına üzv olsalar da sonradan öz üzvlüklərini geri götürmüşdülər.

 

Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyasına üzv olmayan film festivalları:

 

Sandens Film Festivalı (ABŞ)

Nyu - York Film Festivalı (ABŞ)

Beynəlxalq Fəcr Film Festivalı (İran)

San Paulo Beynəlxalq Film Festivalı (Braziliya)

Lukas Beynəlxalq Uşaqların Film Festivalı (Almaniya)